Ömər radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi vəsəlləm dua etdikdə əllərini üzünə çəkmədikcə aşağı endirməzdi. (Sünən Tirmizi 3386)
İbn Abbas radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi vəsəlləm belə buyurdu: Allaha dua etdiyin zaman əllərinin içini (Ona) açaraq dua et və əllərinin tərs üzünü havaya qaldıraraq dua etmə. Dua etdikdən sonra əllərini üzünə sürt. (Sünən İbn Macə 3866)
İmam Nəvəvi belə deyir: Duadan sonra əlləri
üzə sürtmək hədislərlə bizə gəlib çatmış bir sünnətdir və onunla əməl etmək
lazımdır. (Nəvəvi, Məcmu, 4/451)
Mühəddis Əbdürrəzak əs-Sənani, Məmərdən
Zührinin Allah Rəsulunun (sallallahu aleyhi və səlləmin) duadan sonar əllərini
üzünə sürtdüyü rəvayətini nəql etdikdən sonra; Deyir, mən Məmərin onunla əməl
etdiyini gördüm. Məndə onunla əməl edirəm. (Əbdürrəzzək, Müsənnəf, 2/247)
İmam Muhəmməd İbn Nəsr əl-Mərvəzi Mütəmirdən
nəql edir ki, o, “Təhrir” adlı əsərin müəllifi Əbu Kəb Əbd Rəbbihi İbn Ubeyd əl-Əzdinin
əllərini qaldırıb dua etdiyini və sonra əllərini üzünə sürtdüyünü gördü. Mutəmir
deyirki, mən ondan niyə belə etdiyini soruşdum və o, Həsən əl-Bəsrinin bunu
etdiyini söylədi. (Qiyam'ul Leyl, 236)
İbn Həcər belə deyir: Həsən əl-Bəsridən
duadan sonar əlləri üzə sürtmək barədə həsən sənədlə rəvayət edilmişdir. Bu əməlin
bidət olduğunu deyənlər üçün bunda rəddiyə var. (əl-Əmali)
Böyük mühəddis və fəqih İshaq İbn
Rəhaveyhində duadan sonra əllərini üzünə sürtdüyü rəvayət olunmuşdur. İbn Nəsr
əl-Mərvəzi belə deyir: Mən gördüm ki, İshaq İbn Rəhavey bu hədislərlə əməl
etməyi xoşlayırdı. (Qiyam'ul Leyl, 232)
İmam Əbu'l Hüseyn Yəhya İbn Əbi'l Hayr İbn
Səlim əl-İmrani əş-Şafii əl-Yəməni (489-558h) Şafi məzhəbinin bu məsələdəki
görüşü haqqında danışarkən, bu məsələdə gələn hədislərə görə əlləri üzünə
sürtməyin müstəhəb olduğunu bildirir. (əl-Bəyan fi Məzhəb'il İmam Şafii, 257)
İmam Nəvəvi “Əzkər” adlı əsərində duadan
sonra əlləri üzə sürtməyi duanın ədəblərindən hesab edirdi. O, dua edərkən
qibləyə yönəlmək, əlləri qaldırmaq və daha sonar üzə sürtmək barədə fəsil açmış
və bu fəsildə Ömər İbn əl-Xəttabın (radiyallahu anh) Tirmizidə rəvayət etdiyi
hədisini daxil etmişdir. (əl-Əzkər)
İbn Həcər belə deyir: Bu rəvayətlərin toplanması hədisin həsən olmasını zəruri edir. (Buluğ'ul Məram, Bab'uz Zikr və'd Dua, 1582-1583, çev; 4/451)