Vail ibni Hucur radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi vəsəlləmi səcdə edərkən gördüm. Səcdə etdiyi zaman dizlərini əllərində öncə yerə qoyardı və səcdədən qalxdığı zaman isə əllərini dizlərindən öncə yerdən qaldırardı. (Darimi 1326, Tirmizi 268)

 

Əbu Hureyrə radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi vəsəlləm belə buyurdu: Namazda səcdəyə gedərkən dizlərinizi əllərinizdən öncə yerə qoyun və dəvənin çökdüyü kimi yerə çökməyin. (İbni Əbi Şeybə 2717)

 

İbrahim radiyallahu anh belə dedi: Ömər radiyallahu anh namazda səcdəyə gedərkən əllərində öncə dizlərini yerə qoyardı. (İbni Əbi Şeybə 2718)

 

Əsvər radiyallahu anh belə dedi: Ömər radiyallahu anh namazda səcdəyə gedərkən ilk öncə dizlərilə səcdəyə gedərdi. (İbni Əbi Şeybə 2719)

 

Nafi radiyallahu anh belə dedi: Ömər radiyallahu anh namazda səcdəyə gedərkən əllərində öncə dizlərini yerə qoyardı. Səcdədən qalxdığı zaman isə əllərini dizlərindən öncə yerdən qaldırardı.  (İbni Əbi Şeybə 2720)

 

Abdullah ibni Muslim ibni Yəsarın bildirdiyinə görə atası Yəsar, səcdə etdiyində öncə dizlərini, sonra əllərini, sonrada başını yerə qoyardı. (İbni Əbi Şeybə 2721)

 

Muğirə radiyallahu anh belə dedi: İbrahim ən-Nəxayiyə namazda səcdəyə gedərkən dizlərindən öncə əllərini yerə qoyan şəxs barədə soruşdular. İbrahim bunu pis bir əməl kimi görüb dedi: Bu əməli dəlidən başqası etməz. (İbni Əbi Şeybə 2722)

 

Mehdi ibni Məymun belə dedi: İbni Sirin səcdə edərkən əllərindən öncə dizlərini yerə qoyduğunu gördüm. (İbni Əbi Şeybə 2724)

 

Əbu İshaq belə dedi: Abdullah ibni Məsudun radiyallahu anhın tələbələri namazda səcdə etdikdə əllərindən öncə dizlərini yerə qoyardılar. (İbni Əbi Şeybə 2726)