Kəhməs radiyallahu anh belə dedi: Abdullah ibni Yəsar radiyallahu anh səcdə edəcəyi zaman öncə dizlərini, sonra əllərini, sonra da üzünü (alnını) yerə qoyardı. Səcdədən qalxdığı zaman, öncə üzünü, sonra əllərini daha sonra isə dizlərini qaldırardı. (Abdurrəzzaq Musannəf 2958)
İbrahim ən Nəxai radiyallahu anh belə dedi:
İbn Məsud radiyallahu anh birinci və üçüncü rükətdə səcdədən başını
qaldırdığında, ayağa qalxmaq istədiyində oturmadan qiyama qalxardı. (İbni Əbi
Şeybə 4008)
Zuhri radiyallahu anh belə dedi: Böyüklərimiz
bu barədə tərəddüd etməzlərdi. Yəni hər biri, birinci və üçüncü rükətin ikinci
səcdəsindən başını qaldırdığında olduğu kimi qalxarlardı. Qısa bir müddətdə
olsa belə oturmazlardı. (İbni Əbi Şeybə 4009)
Zubeyir ibn Adiy radiyallahu anh belə dedi:
İbrahim ən-Nəxai radiyallahu anh birinci rükətin son səcdəsindən qiyama qalxarkən
tez qalxardı. (İbni Əbi Şeybə 4010)
Abdurrahman ibni Yezid radiyallahu anh belə
dedi: İbn Məsud radiyallahu anh namazda ikən ayağlarının ucları üzərinə
qalxardı. (İbni Əbi Şeybə 3999)
Ubeyd ibni Əbil-Cad radiyallahu anh belə dedi:
Əli radiyallahu anh namazda ayaqlarının ucları üzərinə qalxardı. (İbni Əbi Şeybə
4000)
Xaysəmə radiyallahu anh belə dedi: İbn Öməri radiyallahu
anh namazda ayaqlarının uclarıyla qiyama qalxdığını gördüm. (İbni Əbi Şeybə 4002)
Muhamməd ibni Abdullah radiyallahu anh belə
dedi: Əbu Leyla radiyallahu anh namazda ayaqlarının ucları üzərinə qiyama
qalxardı. (İbni Əbi Şeybə 4003)
Şabinin bildirdiyimə görə Ömər radiyallahu
anh, Əli radiyallahu anh və Rasulullah salallahu aleyhi və səlləmin əshabı
namazda ayaqlarının üzərinə qiyama qalxardı. (İbni Əbi Şeybə 4004)
Vəhb ibni Kəysan radiyallahu anh belə dedi:
İbnuz-Zubeyr ikinci səcdəni edərkən gördüm. Sanki ayaqlarının ucları üzərinə
qalxdığını gördüm. (İbni Əbi Şeybə 4005-4006)
Nafi radiyallahu anh belə dedi: İbni Ömər
namazda ayaqlarının ucları üzərinə qiyama qalxardı. (İbni Əbi Şeybə 4007)