Abdullah ibn Ömər radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi və səlləm namaza başlayarkən əllərini çiyinləri bərabərində qaldırardı. Həmçinin rükuya gedərkən və rükudan başını qaldırdıqda əllərini qaldırardı. Rükudan qalxarkən belə deyərdi: Səmiallahu limən həmidəh, Rabbənə va ləkəl-həmd. Səcdəyə gedəndə isə əllərini qaldırmazdı. (Buxari 735)
Abdullah
ibn Ömər radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi və səlləm
namazada iftitah təkbiri gətirdiyində, rükuya gedərkən və rükudan başını qaldırdıqda
hər iki əlini çiyinləri bərabərində qaldırardı. İki səcdə arasında isə əllərini
qaldırmazdı. (İbni Macə 858)
Malik
ibni əl-Huveyris radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi və səlləm
namazada iftitah təkbiri gətirdiyində qulaqlarının yaxınına qədər əllərini
qaldırardı. Rükuya gedərkən və rükudan başını qaldırdığı zaman da eyni şeyi edərdi.
(İbni Macə 859)
Əbu
Hüreyrə radiyallahu anh: Rasulullah sallallahu aleyhi və səlləmin namazda iftitah
təkbiri aldığında, rüku etdiyində və rükudan başını qaldırdığında əllərini
çiyin səviyyəsində qaldırdığını gördüm. (İbni Macə 860)
Səlim atasından
belə nəql etdi: Rasulullah sallallahu aleyhi və səlləm namaza başlayarkən, rüku
edərkən və başını rükudan qaldırdıqda iki əlini çiyinləri səviyyəsində qaldırdı.
İki səcdə arasında əllərini qaldırmazdı. (İbn Əbi Şeybə 2440)
Vail İbn
Hucur radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi və səlləm namazda
rükuya getdiyində və rükudan qalxdığında əllərini qaldırdığını gördüm. (İbn Əbi
Şeybə 2441)
İbni Ömər
radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi və səlləm namaza
başlayarkən, rükuya gedərkən və rükudan başını qaldırdığında əllərini
qaldırardı. (İbn Əbi Şeybə 2443)
Əbu Həmzə
radiyallahu anh belə dedi: İbn Abbas namaza başlayarkən, rükuya gedərkən və
rükudan başını qaldırarkən əllərini qaldırdığını gördüm. (İbn Əbi Şeybə 2446)
Həsəni Bəsri
belə dedi: Rasulullah sallallahu aleyhi və səlləmin əshabı rüku edərkən və
rükudan başını qaldırarkən əllərini qaldırıb endirirlərdi. (İbn Əbi Şeybə 2447)