Əbu Hureyrə (radiyallahu anh) belə dedi: Rasulullah sallallahu aleyhi vəsəlləm buyurdu ki, İmam amin dediyi zaman arxasından siz də amin deyin. Çünki hər kimin amin deməsi mələklərin amin deməsiylə üst üstə düşərsə, keçmiş günahları bağışlanar. (Buxari 780, Müslim 912)
Əli radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi vəsəlləm namazda Vələddallin
dedikdən sonra amin dediyini eşitdim. (İbni Macə 854)
Vail
ibni Hucur radiyallahu anh belə dedi: Mən Rasulullah sallallahu aleyhi vəsəlləmlə bir yerdə
namaz qıldım. Vələddallin dedikdən sonra amin dedi. Bizdə amin səsini
eşitdik. (İbni Macə 855)
Aişə radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi vəsəlləm belə buyurdu: Yahudilər sizin
salamlaşmağınızdan və namazda amin deməyinizdə ötrü sizə həsəd etdikləri qədər
heç bir işinizə həsəd etməzlər. (Əhməd bin Hənbəl Müsnəd 6/134, 135, İbni Macə 856)
İbni
Abbas radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi vəsəlləm belə buyurdu: Yahudilər sizin namazda
amin deməyinizdə ötrü sizə həsəd etdikləri qədər heç bir işinizə həsəd etməzlər.
Buna görə hər namazda amin deyin. (İbni Macə 857)
Ata
rahiməhullah belə dedi: Rasulullah
sallallahu aleyhi vəsəlləmin səhabələrindən iki yüz səhabəni gördüm İmam Vələddəllin
deyəndə onların amin deyərkən səslərinin bir-birinə qarışdığını eşitdim.
Başqa bir rəvayətdə isə Amin deyərkən səslərini
ucaltdılar. (Beyhəqi 2455)