Abdullah ibn Zubeyr radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi və səlləm namazda oturduğu vaxt sol ayağının üzərində oturub və sağ ayağının barmaqlarını qibləyə tərəf yönəldərdi. Sol əlini sol dizinə, sağ əlini sağ buduna qoyub (şəhadəti tələffüz edərkən) barmağı ilə işarə edərdi. (Muslim 112, 579)

Abdullah ibn Zubeyr radiyallahu anh belə dedi: Rasulullah sallallahu aleyhi və səlləm (namazda ) oturduğu vaxt təşəhhüd duasını oxuyardı. Oturuşunda sağ əlini sağ dizi üzərinə, sol əlini sol dizi üzərinə qoyardı və (şəhadəti tələffüz edərkən) şəhadət barmağı ilə işarə edərdi. Bunu edərkən də baş barmağını orta barmağı üzərinə qoyardı. Sol əlini də sol dizinə uzadardı. (Yəni sol dizini sol ovucu ilə ovuclayardı, sanki sol dizi sol ovucunun bir loxması halına gələrdi.)” [Muslim (113) 579]

 

Abdullah ibn Ömər (radiyallahu anh) belə dedi: Rasulullah (sallallahu aleyhi və səlləm) namazda təşəhhüd üçün oturduğu zaman əllərini dizlərinin üzərinə qoyardı və sağ əlinin barmaqlarını yumub yalnız şəhadət barmağını uzadıb İLLƏLLAH dedikdə onu qaldırardı. Sol əlinidə sol dizi üzərinə qoyardı. (Musilm 580)

 

Abdullah ibn Ömər namazda ikən əliylə daşları tərpədən bir kişini gördü.(O kişi) namazını bitirdikdən sonra Abdullah (ibn Ömər) ona dedi: Namazda ikən daşları tərpətmə (daşlarla oynama).Çünki,həqiqətən də,bu,şeytandandır,lakin Rasulullah (sallallahu aleyhi və səlləm) etdiyi kimi et".(Kişi) dedi:"(Rasulullah sallallahu aleyhi və səlləm) necə edirdi?"(Ravi) dedi:"(Abdullah ibn Ömər) sağ əlini sağ budunun üstünə qoydu,baş barmağından sonrakı barmağı ilə qibləyə tərəf işarə edib baxışları ilə ona (barmağına) və yaxud ona tərəf baxdı,sonra dedi:"Rəsulullah sallallahu aleyhi və səlləmi belə edərkən gördüm". (Nəsai 1148)

 

Vail bin Hucur (radiyallahu anh) belə dedi: Mən Rasulullah (salallahu aleyhi və səlləmi) təşəhhüddə sağ əlinin baş və orta barmaqlarını halqa edib, şəhadət barmağınıda qaldıraraq onunla dua edərkən gördüm (İbn Macə 912)