1)- Ağızın yaxalanması və buruna suyun çəkilməsi
Lakit bin Sabrə (radiyallahu anh) belə dedi. Rəsulullah (sallallahu aleyhi
va səlləm) belə buyurdu. Dəstəmaz aldığın zaman məzməzə et (ağzını yaxala).
(Əbu Davud 144)
Əbu Hureyrə (radiyallahu anh) rəvayət edir. Rəsulullah (sallallahu aleyhi va səlləm) buyurdu ki; Sizdən biri dəstəmaz aldıqda burnuna su çəksin (istinşaq), sonra da sümkürsün(istinsar). (Səhih. Buxari 161; Müslim (237)
2)- Üzü yumaq
Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. (əl-Maidə 6)
3)- Qolları dirsəklər də daxil olmaqla yumaq.
Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun,
başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. (əl-Maidə 6)
4)- Bütün başa məsh çəkmək - qulaqlar da (başdan)
sayılır.
Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və
dirsəklərə qədər əllərinizi yuyun, başınıza
məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. (əl-Maidə 6)
Abdurrahman bin Meysərə əl Hadrami, Əl Miqdam bin Madikərib Əl Kindinin belə dediyini eşitdim demişdir. Rəsulullah (sallallahu aleyhi və səlləm) üçün dəstəmaz suyu gətirildi və dəstəmaz aldı. Əllərini üç dəfə yudu, sonar üç dəfə də ağzına və burnuna su verdi. Sonra da üzünü və qollarını üç dəfə yudu. Nəhayət başını, qulaqlarının içini və çölünü məsh etdi. Barmaqlarını qulaq dəliklərinə saldı. (Əbu Davud 121; İbn Macət 442)
5)- Ayaqları topuqlar da daxil olmaqla yumaq.
Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və
dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. (əl-Maidə 6)
İbn Amr ibnul As (radiyallahu anh) rəvayət edir. Camaat ikindi namazı zamanı tələsdi və bir qismi tələm tələsik dəstəmaz aldı. Biz onlara çatdıq. Dabanlarına su dəyməmiş, parıldayırdı. Bunu gördükdə Rəsulullah (sallallahu aleyhi və səlləm) Dabanların (topuqların) atəşdə vay halına! Dəstəmazı tam alın! buyurdu. (Buxari 60; Müslim 240-242)
6)- Tərtiblə və böyük fasilə verməmək
Ey iman gətirənlər!
Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh
çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. (əl-Maidə 6)
Ömər ibnu-l-Xəttab (radiyallahu anh) rəvayət
edir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) bir nəfərin dəstəmaz alıb dabanlarını tam yumadığını görüb dedi:
Qayıt dəstəmazını tamamla. (Səhih Muslim, 575)