1)- Misvak

 

Əbu Hureyrə (radiyallahu anh) rəvayət edir. Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu ki, Şayət ümmətim üzərinə zəhmət vermiş olmasaydım, hər dəstəmazda misvak istifadə etmələrini əmr edərdim. (Əhməd 2/250; İbn Xuzeymə 140)

 

2)- Əlləri biləklərə qədər üç dəfə yumaq

 

Abdullah bin Zeyd (radiyallahu anh) belə dedi. Rəsulullah (sallallahu aleyhi və səlləm) dəstəmaz alarkən əlinə tasdan su tökər və əlini üç dəfə yuyardı. (Buxari 186; Müslim 235)

 

3)- Dəstamaz üzüvlərin iki və yaxud üç dəfə yumaq

 

Rəsulullah (sallallahu aleyhi və səlləm) dəstəmazda əzalarını bir dəfə, iki dəfə və üç dəfə yumuşdur. (Buxari 159; Müslim 226)

 

4)- Barmaqların arasını yumaq

 

Sələmə ibn Qeys əl-Əşgəi (radiyallahu anh) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm)   dedi: Dəstəmaz  aldıqda əl və ayaq barmaqlarının arasını yu! (Müsnəd 1/287)

 

5)- Üzü yumadan öncə ağızı yaxalamaq və buruna su çəkməklə başlamaq

 

Əbu Hureyrə (radiyallahu anh) belə dedi. Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu ki, Sizdən biri dəstəmaz aldıqda burnuna su çəksin (istinşaq), sonra da sümkürsün(istinsar). (Buxari 161, Müslim 237)

 

Lakit bin Sabrə (radiyallahu anh) belə dedi. Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu. Dəstəmaz aldığın zaman məzməzə et (ağzını yaxala). (Əbu Davud 144)

 

6)- Oruclu istisna olmaqla, ağızı yaxalayarkən və buruna su çəkərkən daha dərinə etmək

 

Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu. Oruclu olmayan vaxtlarda burnunu dərindən təmizlə. (Əbu Davud: 1/ 236/ № 142)

 

7)- Sıx saqqalın arasını və barmaqların aralarını ovxalamaq

 

Ənəs bin Malik (radiyallahu anh) belə dedi. Rəsulullah (sallallahu aleyhi və səlləm) dəstəmaz alarkən bir ovuc su götürər, o suyu çənəsinin altına verərək saqqallarının arasına axıdar və "Əziz və Cəlil olan Rəbbim mənə belə əmr etdi." buyurardı." (Əbu Davud 145)

 

8)- Qulaqlar üçün əlavə su götürmək

 

Abdullah bin Zeyd (radiyallahu anh) belə dedi.  Rəsulullah (Səllallahu aleyhi va səlləm) qulaqlarını məsh etmək üçün yeni su aldı. (Beyhəqi 1/50; Tirmizi 35)

 

9)- Sağı soldan öncə yumaq

 

Əbu Hureyrə (radiyallahu anh) belə dedi. Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu ki; Geyindiyiniz və dəstəmaz aldığınız zaman sağdan başlayın. (Əbu Davud 4141; İbn Macə 402)

 

10)- Fərz olan hissədən artıq olan yerləri də yumaq

 

Əbu Hureyra (radiyallahu anh)  rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm)  demişdir: “Ümmətim Qiyamət günü üzləri parlaq, əlləri və ayaqları nurlu olduğu halda gələcəklər.” Əbu Hureyra (radiyallahu anh)  dedi: “Aranızdan kim üzünün parlaqlığını artıra bilirsə, qoy artırsın!” Hədisi Əhməd, Buxari və Muslim rəvayət etmişdir. Əbu Zura rəvayət edir ki, Əbu Hureyra (radiyallahu anh)  su gətizdirib dəstəmaz aldı. O, dəstəmaz əsnasında qollarını dirsəkdən yuxarıya kimi, ayaqlarını da topuqlarından yuxarıya kimi yudu”. Mən: “Bu nədir?”- deyə soruşdum. Dedi: “Bu, zinəti artırmaqdır!” Hədisi Əhməd rəvayət etmişdir. Hədisin isnadı Buxari və Muslim şərtinə uyğundur. (Hədis səhihdir. Təmamul Minnə, 1/93)

 

 

11)- Sağ əl ilə ağıza və buruna su almaq

 

Humran Mövla Osman rəvayət edir. Osman (radiyallahu anh) su istəmişdi. (Ona su gətirdim. Suyu aldı və) üç dəfə əllərinə tökərək yudu. Sonra sağ əlini qaba salıb məzməzə və istinşaq etdi (ağzına və burnuna su alıb təmizlədi). Sonra üç dəfə üzünü, arxasından da dirsəklərinə qədər üç dəfə əllərini yudu. Sonra başına məsh etdi, sonra da topuqlarına qədər ayaqlarını üç dəfə yudu və; "Mən Rəsulullah (Səllallahu aleyhi va səlləm)'i bu dəstəmazım kimi dəstəmaz alarkən gördüm. Dəstəmazı tamamladıqda da belə demişdi; "Kim bu dəstəmazım kimi dəstəmaz alar, arxasından iki rikət namaz qılar və namazda özü özünə (dünyəvi bir şey) danışmazsa, keçmiş günahları bağışlanar. (Buxari 159; Müslim 26)

 

12-Sol əl ilə sümkürmək

 

Əli b. Əbi Talib (radiyallahu anh) rəvayət edir. Dəstəmaz almaq üçün su istədi. Sonra dəstəmaz almağa başlayaraq ağzına su verdi, burnuna su verdi və sol əliylə üç dəfə sümkürdü. Sonra belə dedi; "Bu, Rəsulullah (Səllallahu aleyhi va səlləm)'in aldığı dəstəmazdır." [ Səhih. Nəsai (91); İbn Huzeymə (147); İbn Hibban (3/360); Əhməd (1/135)

Lakit b. Sabrə (radiyallahu anh)'dan;  Mən Ya Rasulullah! Mənə dəstəmazdan bəhs et!" dedim. Rəsulullah (Səllallahu aleyhi va səlləm); "Dəstəmazı gözəl şəkildə al, barmaqların arasına suyu çatdır. Oruclu olmadığında burnuna suyu çox çək." buyurdu. (Əhməd 4/211;  Nəsai 87;  Əbu Davud 142,2366; Tirmizi 788;  İbn Macə 407)

 

13)- Dəstamazdan sonra dua etmək

 

Ukbə bin Amir (radiyallahu anh) belə dedi. Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu ki, Sizdən kim dəstəmaz alar və bunu ən gözəl şəkildə edər və sonra da, Əşhədu ən lə iləhə illəllah və Əşhədu ənnənMuhammədən abduhu və Rəsuluh Şəhadət edirəm ki Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və yenə şəhadət edirəm ki, Muhamməd Allahın qulu və Rəsuludur deyərsə, ona Cənnətin səkkiz qapısı da açılar və hansından istəsə Cənnətə girər.  (Müslim 234; Darimi 1/182; Əbu Davud 169; Nəsai 1/95; Tirmizi 55)

 

14)- Suyu israf etməmək.

 

Əlinin (radiyallahu anh) nəvəsi Məhəmməd rəvayət edir ki, o, atası Hüseyn (radiyallahu anh) və bir dəstə camaat Cabir ibn Abdullahdan (radiyallahu anh) qüsl haqqında soruşdular. O dedi: «Bir saa  (dörd ovuc ) kifayət edər». Bir kişi: «Mənə kifayət etmir» – dedikdə, Cabir ona: «Səndən çox saçı olan və səndən də xeyirlisinə (yəni Rəsulullah sallallahu aleyhi və səlləm)  kifayət edərdi» – deyib sonra bizə imamlıq edib namazı qıldırdı. (Buxari 252;  Müslim 731)

 

15)- İki rükət namaz qılmaq

 

Osman (radiyallahu anh) Rəsulullah (sallallahu aleyhi və səlləmin) dəstəmazını vəsf etdikdən sonra demişdir. Kim mənim aldığım bu dəstəmaz kimi dəstəmaz alar, sonra qalxıb artıq heç bir şey düşünmədən (tam xüşu vəziyyətində) iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar. (Buxari: 1/ 266/ № 164. Müslim: 1/ 204/ № 226. Əbu Davud: 1/ 180/ № 106. Nəsai 1/ № 64)

 

Əbu Hureyrə (radiyallahu anh) belə dedi. Rəsulullah (sallallahu aleyhi və səlləmin) sübh namazından öncə Bulala (radiyallahu anh) belə dedi. Ey Bilal, İslamda könüllü etdiyin ən gözəl əməl haqqında mənə xəbər ver. Çünki mən sənin ayaqqabılarının tıqqıltısını cənnətdə öz qarşımda eşitmişəm. Bilal dedi. Mənim könüllü etdyim əməl budur ki, mən, istər gecə, istərsə də gündüz vaxtı hər dəfə dəstəmaz alanda mənim taleyimə yazılan sayda namaz qılıram (Buxari: 3/ 34/ № 1149. Müslim: 4/ 1910/ № 2458)