Tavus, Mucahid və Həsən ağız dolusu olmayan az qusmaqdan dolayı dəstəmazı vacib saymamışlar (İbn Əbi Şeybə 442)

Leys belə rəvayət edir: Tavus və Mücahid: Bir şəxs ağız dolusu qusmayana qədər dəstəmaz alması vacib deyil. (İbn Əbi Şeybə 443)


Həsəni Bəsri belə dedi: Ağız dolusundan az qusmaqda heç bir problem yoxdur. (İbn Əbi Şeybə 444)

 

Hammad belə dedi: Qusmaq az olanda dəstəmaz almaq lazım deyil. Amma qusmaq çox olduqda dəstəmaz almaq lazımdır. (İbn Əbi Şeybə 445)

 

Ata ibni Əbi Rabah belə dedi: Ağız dolusundan az qusmaq dəstəmaz almağı vacib etmir. (İbn Əbi Şeybə 446)